Ədəbiyyatşünas alim dünyasını dəyişdi

13.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, ədəbiyyatşünas, dosent Pərvanə İsayeva dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, Pərvanə Bəkir qızı İsayeva 1969-cu il iyun ayının 11-i anadan olub. Əslən Laçın rayonunun Cağazur kəndindəndir. Müxtəlif illərdə ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar və ictimai elmlər şöbəsinin – müdir müavini vəzifəsində çalışıb. Bir çox elmi məqalələrin müəllifidir.

Ailəli idi və bir övladı var.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью