Ədəbiyyatşünas alimin kitabları təqdim ediləcək

12.04.2025

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Bu günlərdə görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri Bədirxan Əhmədlinin 70 illik yubileyi qeyd olunur.

Kulis.az xəbər verir ki, “Bədirxan Əhmədli: Bir ömrün missiyası” toplusunda alimin ömür, həm də yaradıcılıq yolundan bəhs edən portretlər və məqalələr, əsərlərinə yazılmış ressenziyalar, onun yaradıcılıq problemləri ilə bağlı müsahibə və dialoqları toplanıb. Tədqiqatçının elmi fəaliyyəti ilə əlaqədar qeydlər, eyni zamanda, əsərlərinin bioqrafiyası elmi portretini tam təsəvvür etməyə imkan verir.

“Zamanın yaddaşı: ədəbi diskurslar” kitabında isə professor Bədirxan Əhmədlinin ədəbiyyat tarixi və ədəbiyyatşünaslığın aktual problemləri haqqında məqalələri, simpozium və konfranslardakı elmi məruzələri, poeziya, nəsr, dramaturgiya, ədəbi tənqid, ədəbi prosesllə bağlı yazıları, ayrı-ayrı əsərlərə və nəşrlərə yazdığı ressen ziyaları, elmi-ədəbi portretləri, eləcə də səfər təəssüratlarının bir hissəsi toplanmışdır. Müəllif klassik ədəbi irslə yanaşı, çağdaş ədəbiyyatımızda gedən prosesləri də diqqətlə izləyir, sanballı elmi mülahizələrini oxuculara çatdırır.

Yubiley tədbirinin və kitabların təqdimatının aprelin 23-də AMEA Elmi Kitabxanasında keçrilməsi nəzərdə tutulur.

Elməddin Cəfərov: "Heç vaxt qadın paltarı geyinmərəm" - Müsahibə Akademiya fələstinli rejissordan üzr istəyib Xalq artistinin dəfn yeri məlum oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью