Ədəhim Niftəliyev: Məni Mingəçevirə Bakıdan olan şəxs gətirib | Icma.az
Icma.az, sport24.az saytına istinadən bildirir. "Klubda problemlər var idi. Səbrli oldum ki, bəlkə sponsor gələr.
Mövsümün əvvəlində rəhbərliyə "qışa qədər bir şərtlə işləyirəm ki, sponsor olsun" söyləmişdim".
Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqada mübarizə aparan "Mingəçevir"in baş məşqçisi Ədəhim Niftəliyev deyib.
Dünən klubla yollarını ayıran mütəxəssis gedişini belə əsaslandırıb: "Mən belə şəraitdə heç vaxt işləməmişəm.
Dövrə başa çatan kimi sözümün üstündə durdum. Bayramdan sonra rəhbərliklə görüşəcəm. Çox yoruldum.
Komandanın bu vəziyyətinə düşəcəyini təsəvvür etməzdim. Rəhbərliklə problemim yoxdur. Səfərlərə gedə bilmirdik.
Futbolçularla problem yaşayırdım. Gətirdiyim oyunçular mənə kömək eləmədi.
Heyətdə 5 nəfər mənə görə canını qoydu, 3-4 nəfər isə vaxt keçirməyə gəlmişdi. Ehtiyatda futbolçu olmamasından istifadə edirdilər.
Tam oxu
Xəbəri oxu