Ədəhim Niftəliyevin müqaviləsinə xitam verildi

24.12.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Mingəçevir" klubu baş məşqçisi Ədəhim Niftəliyev ilə yolları ayırıb.

QOL.az xəbər verir ki, bu barədə 1-ci liqa təmslçisinin mətbuat xidməti məlumat yayıb.

Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.. 

Yaxın zamanda yeni baş məşqçinin adı ilə bağlı ictimaiyyəti məlumatlan veriləcəyi bildirilib.

"Mingəçevir" hazırda turnir cədvəlində 6 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü 2023-cü ilin noyabrından "Mingəçevir"i çalışdırırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью