EDƏMƏM TƏRK, FÜZULİ...

26.08.2026

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

" VƏTƏNƏ YOL ƏSGƏRDƏN KEÇİR ! "

 Yazılar silsiləsindən.... DÖRDÜNCÜ  YAZI

Döyüş nizamnaməsinin tələblərinə görə, ölkəmizin ərazi bütövlüyünün qorunmasında, fiziki və əqli cəhətdən sağlam olan, hər bir kişi Vətəndaşa on metrəyə qədər torpaq payı düşür. Onu qorumaq hər birimizin Vətəndaşlıq borcudur !..

Dust bipərva, fələk birəhm, dövran bisükun,

Dərd çox, həmdərd yox düşmən qəvi, tale zəbun.

                      ( Allah sənə rəhmət eləsin, böyük Füzuli ! )

       Axşamdan xeyli keçsə də, gün ərzində hər tərəfi yandırıb-yaxan avqustun amansız istisinin təsiri hələ də hiss olunurdu. Bürkülü-nəfəskəsən hava adamı boğurdu. Elə bil ki, hava dayanmışdı. Şəhərdə gurha-gur sürətlə şütüyən UAZ  küçələrin səsməkinliyi pozurdu. Görkəmli xanəndə Ağabala Abdullayevin adını daşıyan musiqi məktəbinin həyətindəki (daha əvvəllər bu binada rayonun göz xəstəxanası yerləşirdi) ağacların qurumuş yarpaqları UAZ-ın işığında parıldayırdı. Hər tərəfdə yaşıllığın susuzluqdan və istinin təsirindən saralıb quruduğunu görən Elxan iki barmağı arasında bığlarını sığallaya-sığallaya, özü-özünə pıçıldayırdı : Allah vayısın evini yıxsın, gül kimi növrağımızı tarı-mar elədi. Həyət-bacamız baxımsızlıq üzündən məhv olub gedir. Murdar-naxələf ermənilər, axı, niyə, nədən qudurdunuz ?..

Eybi yoxdur, szin olmayan başınızı əzmək bizə borc olsun...

   Həyətin bayır qapısında maşın səsini eşidən Tamaşa müəllimə tezcənək eyvana çıxdı.

- Elxan, oğlum sənsən? Sənə qurban olum ay oğul axşamdan gözlərim yolda  qalmışdı, niyə gec gəldin? Bayaqdan uşaqlar ata-ata deyirdilər. Bir təhər güc -bəla ilə yatırmışam. Hardasan ay bala? Elxan anasını qucaqlayıb öpərək dedi : mən, anama qurban olaram. Kimin belə əzəmətli və qəhrəman anası var ?

- Eyyy ay bala, anada ürək qoymusan qalsın ?

- Ay ana, sən, ürəyin özüsən, özü...

- Yox ay bala, bu evi yıxılmış ermənilər, bizdə ürək qoyub qalsın. Beş ildən çoxdur ki, qanımızı içirlər. Rəhmətlik atan da, elə otrub-durub, sizi fikirləşirdi. Deyirdi ki, qorxuram ölüm balalarım yetim qalsın. Elə bil yazıq kişinin ürəyinə dammışdı. İndi, iki aydır ki, onu da itirmişik. Yenə o, rəhmətlik olanda köməkləşib sənin uşaqlarına baxırdıq...

  Elxanın atası, Azərbaycanın məhşur Cuvarlinskilər nəslindən olan, mərhum, Bayandır Yusifov, əslən Fzulinin Cuvarlı kəndindəndir. O, Bölgənin sayılıb-seçilən nüfuzlu şəxsiyyətlərindən idi. Bir müddət Aşağı Kürdmahmudlu kənd orta məktəbinin direktoru işləyib. Ölkədə  tanınmış tarixçi müəllimlərindən olub. Oğlanları Bəşarət, Səxavət, Elxan, Mayıl,  Zülfüqar da, ataları kimi ali savadlı, elimli, bilikli, yüksək intellektli elm və irfan sahibləridir. Həyat yoldaşı Tamaşa müəllimə şəhər internat məktəbində müəllimə işləyir. Yüzlərlə şagirdə təlim-tərbiyə öyrədib. Oğlu Elxan ali ixtisaslı inşaat mühədisidir. Beş ilə yaxındır ki, özünümüdafiə dəstələrinin tərkibində rayonumuzun təmas xəttində yerləşən yaşayış məntəqələrinin erməni terrorçu dəstələrinin basqınlarından qorunmasında könüllü olaraq iştrak edirdi. Hazırda Füzuli Ərazi Özünümüdafiə Taborunun qərargah rəisidir. Elxanın iki oğul övladı var, Sənan və Kənan. Həyat yoldaşı bir neçə ildir ki, vəfat edib. Allah rəhmət eləsin. Amin...

Bu səbəbdən Sənana Hüsniyyə nənəsi,  Kənana isə Tamaşa müəllimə analıq edir.  Uşaqlar gözlərini açıb nənələrini özlərinin doğma anası bilir.

 - Mama uşaqlar səni çox incidir ?

 - Ay oğul, təki canları sağ olsun. Zəhmət çəkib onlara baxacam. Ancaq yaşlanıram eyyy ay bala.

- Qurban olaram anama. Kim sənə deyib ki, mənim anam yaşlanıb? Heç mən, imkan verərəm ki, mənim anam qocalsın.

 - Oğlum hər necə də, olsa yaş öz sözünü deyir. Elxan bərk-bərk anasını bağrına basır.

- Mənim gözəl anam...

- Elxan, oğlum de görüm bu vaxta qədər harada idin, cəbhədə vəziyyət necədir ?

- Elxan barmaqları arasında bığlarını sığallaya-sığallaya dərin sükuta gedir .          - Mama səndən gizlədiləsi heç nə yoxdur.  Açıq deyəcəm. Sabah erməni işğalında olan Yuxarı Veysəlli kəndini geri qaytarmaq üçün əks-hücuma keçəcəyik. Tamaşa müəllimə dərindən içini çəkdi...

- Elxan nə döyüş, hansı döyüş, sizi kim göndərir döyüşə ?

- Özümüz könüllü olaraq öz taborumuzla döyüşə gedirik.

- Sən, nə danşırsan, necə təkbaşına gedirsiniz ?..

 - Hə mama, özümüz gedirik. Kişi deyilik ?

  - Elxan, ay oğul, odlu silah nə tanıyır kişi kimdir-qeyri kişi kimdir ???

Sənin rəhmətlik atan gözəl tarixçi idi. O, bu məsələləri çox yaxşı bilirdi. Rəhmətlik  həmişə deyərdi ki, müharibə beş nəfərin, on nəfərin, yüz nəfərin, bir kəndin, bir rayonun görə biləcəyi iş deyil. Müharibə ümumdövlət tədbiridir. Müharibə ümumxalq gücünün qüdrətini göstərən dövlət tədbiridir. Dövlət qalxıb ayağa yumruğunu düyünləyib, xalqı öz torpaqlarının müdafiəsinə səfərbər etməlidir. Xalq da gedib öz gücünü göstərməlidir. Oğlum mənə bax, zamanında Topxana meşəsində ermənilər bir ağac kəsib deyərək, xalqı küçə-meydanlara haraylayan "qəhrəmanlar " haradadırlar ???

 İndi Şuşa kimi alınmaz qala, Laçın boyda yaylağımız gedib. Daha səsləri çıxmır, nədir bunu istəyirdilər ?..

" 20 yanvar günü " xalqı əliyalın şəkildə  barrikadaların, tankların qarşısında təkbaşına buraxaraq qaçıb gizlənən siyasət dəllalları hanı, haradadılar ?

  Şuşa getsə başıma bir güllə çaxıb intihar edəcəm deyən susidal qəhrəman, hanı ? Nədir, vəzifə alıb, kürsüya qalxıb deyə indi susur ???

  Kimlərinsə tapşırığı ilə kürsüdən adamları oturdub-qaldıran, bağıra-bağıra " oturmayan ermənidir " deyən, o, dırnağarası dil pəhləvanı haralardadır ? İndi niyə gəlib ermənilərin qarşısına çıxmır ???

 Ağır günlərdə Laçında döyüşən bölmələri, çəkə-çəkə Bakıya aparan " xalqın sevimli oğlu " haralardadır?  Niyə səsi çıxmır, nəyi gözləyir, kimi gözləyir ???...

 Hanı əlini " Qurani-Kərim " ə basaraq and içən, " mən, hər zaman xalqımın yanında olacam " deyən, böyük sərkərdə?  Niyə indi meydana çıxıb demir ki, ay mənim xalqım qalxın səfərbər olub gedək əsirlikdə qalmış ana-bacılarımızın tapdalanmış namusunu, dağıdılmış, viranə edilmiş torpaqlarımızı azad edək. Bu təhlükəni millətin, ölkənin üzərindən götürək !  Niyə demirlər, niyə ???

 - Ay mama sənə qurban olum neyləyək gözləyək ki, erməni sabah gəlib Xocalı camaatı kimi bizi də alçaltsın ?

- Oğlum Elxan, bunun üçün hüquqi dövlətimiz var. Bu dövlət səviyyəsində görüləcək işdir. Bu özfəaliyyət deyil...

 Açığı sizin bu gün ki, hakimiyyətdə oturanları müharibə düşündürmür.

 - Mama elə deyil axı...

 - Necə yəni elə deyil ???

 Gözümüzün qarşısında dövlət baxa-baxa, xalq görə-görə Xocalıda namərd düşmənlər millətimizə qarşı soyqırımı apardı. Ancaq sənin hökumətin rəsmi məlumat yayımladı ki, Xocalıda iki nəfər ölüb. Sonda vəzifə başında olanlar da, özünü görməməzliyə vurdu, xalq da...

Hansı ki, deyilənlərə görə, həmin gecə Ağdamda minlərlə əsgərimiz olub. Heç səslərini də çıxarmayıblar. Buna nədeyirsən ?! İndi də sən deyirsən ki, iki yüz, üç yüz nəfərlə kəndi geri qaytarmağa gedirik. Bütün bunlar dövlət səviyyəsində edilməlidir. Bu müharibədir, mü-ha-ri-bə, kino deyil mənim balam !

  - Ən faciəlisi odur ki,  " Millət necə tarac olur-olsun nə işim var ? " deyənlər indi bilirsən nə danışırlar ???

 - Nə danşırlar ay mama ?..

 - Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır ?!  Qarabağı getsin Qarabağlılar qorusun! Cuvarlı kəndini Cuvarlı camaatı qorusun. Ağdamı Ağdamlılar, Kəlbəcəri Kəlbəcərlilər, Füzulini də, Füzulilər qorusun!

  Bu nə düşüncədir ?

Bölgəçilik, yerliçilik, tayfaçılıq, qohumçuluq. Sənin-mənim prinsipi,  "bizimkilər və sizinkilər ", " ağlar və qırmızılar." "Bizimlə olmayan bizimki deyil."  " Bizi dəstəkləməyən məhv edilsin ! "  Bütün bunlar Sovet totalitar rejiminin çağrış şüarlarıdır.

Hələ bunlar yaxşıdır. Deyirlər ki, " bizim bölgənin camaatı bütün bölgələrdən qeyrətlidir. " Filan bögə pisdir ." " Bizim bölgə yaxşıdır. " Qarabağ camaatı qeyrətsizdir, öz torpağını qorumaq yerinə gəlib Bakıda yataqxanalarda yaşayırlar. Füzulilər, Ağdamlılar qorxaqdılar, fəraridilər. Dədə-baba yurd yerlərini qoyub qaçırlar. Təəssüflər olsun ki, biz hələ də çox məsələləri qəbilə düşüncəsi, mağara təfəkkürü ilə qiymətləndiririk...

 - Mənim gözəl və müdrik anam, ölkədə ayrı-seçkilik salıb, milli birliyimizə zərbə vuran yüngül təfəkkürlü adamlar bütün dövürlərdə olub. Bu gün də var, hər zaman da olacaq. Onlar bilməlidir ki, QARABAĞ yalnız Qarabağlılara məxsus deyil. QARABAĞ torpağı, şimallı, cənublu bütöv Azərbaycan coğrafiyasında tarixlər boyu yadellilərin göz dikdiyi ən qiymətli hərbi-strajeti əhəmiyyətli müdafiə qalalarından biri olub. Qarabağ xalqımızın və dövlətimizin milli tarixi sərvətidir. Hər gün, onun uğrunda Kəlbəcərdə, Ağdərədə, Cəbrayılda, Qubadlıda, Laçında,  Zəngilanda, Goranboyda, Tərtərdə, Ağcabədidə, Ağdamda, Füzulidə yüzlərlə qəhrəman oğullarımız şəhid olur, yüzlərlə döyüşçü əsgərimiz sağlamlığın itirir, minlərlə ailələrin illərdir-onillərdir əzab-əziyyətlə tikib qurduğu evi, ocağı bir anın içərisində tarı-mar edilir, günahsız və məsum insanlarımız faşizm vəhşiliyindən  yüz dəfələrlə artıq, namərd və qəddar olan ermənilərin əlində zəlil günlərə düşüblər...

  Məgər, bu düşüncə sahibləri, hər gün millətimizin, camaatımızın başına gələn bu faciələri görmürlər, eşitmirlər ???

  Mənim ağıllı və sevimli anam, hər kəs  bilməlidir ki, həyat və kainat içərsi sürprizlərlə dolu qapalı bir dəfnədir.  Heç

kim deyə bilməz ki, sabah o, dəfnə  açılanda içərsindən ona bədbəxtlik gətirəcək hansısa zəhərli əşya çıxmayacaq.

  Çox uzağa getməyək, 1989-cu ilin dekabrında Ermənistanda bir anın içərisində elə bir dəhşətli zəlzələ baş verdi ki, minlərlə evlər dağıldı və on minlərlə günahsız insanlar evinin içərsində torpağa qarışdı. Ona görə başqalarının düşdüyü duruma tənə eləyən təfəkkür sahibləri bilməlidir ki, gələcəkdə o, özü hansı sürpürüzlərlə üzləşəcəyini bilirmi ?!

Mama, sənə qurban olum, bu gün, Kainat  bizə hər nə veribsə ona şükr etməliyik. Ancaq, sabah nə verəcəyi hər birimiz üçün bir sirr olaraq qalır...

 - Oğlum mənim deməyim odur ki, bütün bunların qarşısı alınmalıdır.

  - Ay mama sənə qurban, olum hələ ki, olanlarımız bunlardır də, nə etmək olar ??

  - Elxan, ana sənə qurban, xətrinə dəysədə

deyəcəm! Demək belə çıxır ki, bayaqdan bəri sadaladığım hallar sizin hərbidə də var həə ??

 - Yox ay ana, sən nə daışırsan ???

  - Oğlum, həmişə hərbidən söz düşəndə rəhmətlik atan deyərdi ki, : " ordunun vəziyyəti cəmiyyətdə gedən ictimai-siyasi proseslərlə qiymətləndirilir. Yəni cəmiyyət necədirsə, onun ordusu da, elədir. Çünki, ordu cəmiyyətin ordusudur. Yadıma gəlir ki, II Dünya müharibəsi zamanı nemeslər bütün Avropa ölkələrini, o, cümlədən,  Rusiyanın, Ukraynanın, Belarusyanın çox ərazilərini zəbt eləmişdi. Ancaq o, vaxtlarda mən, eşitmədim ki, kimsə desin ki, ruslar, belaruslar və yaxud hansısa millət qeyrətsizdir. Çünki, Sovet dövləti bütün xalqları bir bayraq altında faşizmə qarşı səfərbər edərək düşmənin işğalçı olduğunu adamlara inandırmışdı. İndi sənin böyük ümidlər bəslədiyin bu gün, vəzifə başında oturan rəhbər şəxslər torpaq, millət, dövlət naminə xalqı milli həmrəylik, milli təəssübkeşlik, milli ləyaqət və müstəqil-suveren Azərbay uğrunda səfərbər etməlidilər.

 - Mənim gözəl anam, inşəallah sənin dediklərinin hamısı qısa bir zamanda olacaq...

 - Oğlum, çox maraqlıdır ki, bu gün hökumət başında oturan məsul şəxslər  müharibəyə barmaqarası baxırlar. Çünki, onların hərəsi ayrı-ayrılıqda öz vəzifəsini qoruyur. Hakimiyyətin özündə vahid rəhbərlik sistemi yoxdur. Hərə yorğanı öz üzərinə çəkməyə çalışır. Əgər, hökumətin özündə vahid rəhbərlik yoxdursa, deməli sizin hərbidə də vahid komandanlıq yoxdur. Mənim balam, bu da, dövlətimiz üçün, millətimiz üçün böyük təhlükə olacağından xəbər verir....

 İndi bu adamlar, öz ağalarının nə tapşırıqlar verəcəyini gözləyirlər. Hələ ki, ağaları onları bura qədər tapşırıqlandırıb. Sonrasını Allah bilir, nələr olacaq...

 Mənim balam, sən, bil ki, onlar hələ ki, sənin kimi oğullara arxayındılar. Bax, budur deyirəm, baxarsan sizin kimi oğullar olmayandan sonra, onlar bu milləti çətin vəziyyətə qoyub qaçacaqlar. Elxan gülümsünərək : ay mama sənə qurban olum. Axı bu gün sənə nə olub, kim sənə nə deyib ?

 Oğlum hər şey göz qabağındadır. Mən, görürəm ki, hamı elə bilir ki, bu müharibə  səngərdə olan beş-on nəfər əsgərin işidir. Xalq səfərbər edilib düşmənə qarşı maarifləndirilməlidir. Ancaq mən, bunları görmürəm. Ona görə çox narahatam, çox !Elxan gülə-gülə əlini sinəsinə vuraraq : narahat olma mənim ağıllı və müdrik anam. Sənin oğlun hələ ki, ölməyib. Ana, atam rəhmətə gedən gündən sən, bu evin həm atasısan, həm də anası. Həm ağsaqqalısan, həm də ağbirçəyi. Sənin dediyin sözlər mənim üçün qanundur. Sən, necə desən elədə olacaq. Ona görə gəlmişəm ki, sabahkı döyüşə görə mənə xeyir-dua verəsən. İndi məni uğurla...

 - Ay oğul mən, elin-xalqın müəllimiyəm. Bu günə qədər yüzlərlə, minlərlə şagirdə elm öyrədib, savad verib, Vətəni, torpağı, millətini, dövlətini sevməyi öyrədib, yol göstərmişəm. Onlardan hansı biri darda olubsa məni özlərinə inam yeri, güman yeri bilib yanıma gəlib. Onlardan fərqli olaraq sən, mənim oğlumsan, mənim doğmamsan. Ancaq səni onlardan, onları da, səndən heç vaxt ayırmamışam. Əgər, mən, sənə getmə desəm belə çıxır ki, öz şagirdlərimə də, Vətəni qorumamağı təbliğ edirəm. Əsla bu belə deyil !..

 Mən, istəyirəm ki, siz, Vətənin müdafiəsi tapşırıqlarını ağıllı və müdrikcəsinə yerinə

yetirib müzəffər olasınız. Heç zaman səf addımlar atıb uğursuzluğa düçar olmayasınız.

  - Çox sağ ol mənim böyük ürəkli el anası olan, qüdrətli anam. Allah səni qorusun !       - Mənim balam yolların açıq olsun. Torpağımızın bütövlüyü, millətimizin, Vətənimizin müzəffərliyi naminə uğur səninlə olsun. Elxan anasını bağrına basaraq : mənim əzəmətli anam, səndən bir xahişim var, bizi heç vaxt yetim qoyma. - Oğlum Allah amanında ! Ancaq biz heç o, körpə balalarını düşün. Mən, yaşlı adamam sabah başıma bir hadisə gəlsə onlara kim baxacaq ?

- Mama mən, səni başa düşdüm. Sözlərində də həqiqət var. Sənə qurban olum Sənanı, Kənanı və ailəmiz qoru !

Sonra, axşamdan yuxuya getmiş körpələrinə diqqətlə baxaraq onları öpür. Kövrəlmiş şəkildə ana-bala qucaqlaşırlar...

  UAZ-ın qapısı bərk çırpılır və uğultulu səslə uzaqlaşır.  Elxan maşındakı maqnitofonu işə saldı...

  Xanəndə Ağabala Abdullayev Zabul segahı oxuyurdu. " Ey sarvan ahəstə get, aram ilə canımdır gedən.

  Yar könlümü çəkmiş mənim, ruhi-rəvanımdır gedən.

  Bir an dayan ey sarıvan, qoyma gedə bu karıvan.

   Ol dərdə uymuşdur könül, dərdi rəvanımdır gedən.

  Ey Sədi, eyləmə ahu-fəğan, layiq deyil o bi-vəfa sənə,

   Qalmaz taqət, çəkdikcə cəfa dinim imanımdır gedən. "

   Yuxarı Dilağarda kəndinin baş tərəfində  ÜRYANDAĞ yolunun üzərindəki bulağa çatanda Elxan sürücüyə maşını saxlamaq barədə göstəriş verdi. Motor söndükdən sonra bayaqdan bəri səs-küy yaradan cingilti, uğultu, vıyıltı, taqqıltı birdən-birə yoxa çıxdı. Elxan gülə-gülə zarafatla : sabahdan bəri bütün səs-küyü yaradan elə bu maşınmış ki ?!..

  Allah köməyin olsun, bunu bayaqdan söndürərdin də ?? Sonra başındakı qara buxara papağını götürüb maşının qabağ oturacağına qoyaraq bulağa yaxınlaşır. Müharibə vəziyyətinə görə kənddə işıqlar söndürülmüşdü. Hər tərəfə qapqara zülmət və sakitlik çökmüşdü. Bulaq suyunun şırıltısı ətrafa çökmüş səsməkinliyi pozurdu. O, əllərini qoşalayaraq dişləri sızıldadan buz kimi bulaq suyundan doyunca içdi. Sonra əllərini isladaraq gün ərzində üst-başına hopmuş çöl-səhranın və səngərlərin toz-torpağını təmizlədi. Elxan neçə illərdir ki, bütün bunlara öyrəşmişdi. O, hər gün səhərdən axşama, axşamdan səhərə qədər səngərlərdə əsgərlərin yanında olur, qarşıdakı düşmənin kim olduğunu, nə etdiyini, nə edə biləcəyini müşahidə edir və ona qarşı tədbirlər planlaşdırırdı. Axı, o, səhra komandiridir !..

Səhra komandirinin əsas vəzifəsi isə tabeliyində olanlarla birgə hər an əldə silah torpağı, Vətəni, milləti, dövləti göz bəbəyi kimi qorumaq və onun uğrunda canından belə keçməyə hazır olmaqdır. " Hərbi qulluqçunun vəzifə məsuliyyətinin fəlsəfi aspektləri "nin əsasları üzrə aparılmş araşdırmanın nəticələri göstərir ki, Komandir, digər vəzifəli şəxslərdən fərqli olaraq, yarana biləcək ən gərgin və ekstrimal şəraitdə xalqın, Vətənin və dövlətin adından qərar qəbul edərək əmr verir. Ona görə də, hər zaman haqlı olaraq deyilir ki, komandir vəzifəsi, zabit peşəsi şərəfli peşədir. Çünki, komandirin əmri Vətənin əmridir !

  Gecədən bir xeyli keçmişdi. Üryandağa gedən dolayı-aşrımlı torpaq yollar çətin və əziyyətli olduğundan UAZ ağır-ağır, dartına-dartına hərəkət edir və yoxuşları güc-bəla ilə qalxırdı. Qorabişirən avqustun qızmar və sərt istisindən qovrulmuş torpağın,  saralmış biçənəklərin toz qarışıq qoxusu açıq pəncərələrdən maşının içərisinə dolurdu. Elxan dərindən nəfəs alaraq dedi : bəh-bəh-bəh, maşallah olsun dağ yuxarı qalxdıqca hava necə gözəlləşir. Ən əsası odur ki, bərəkətli torpağımızın ətri adamı heyrətə gətirir. Belə Vətən üçün, bu torpağın ətri üçün, misilsiz havası və suyna görə, nəyin ki, çalışmaq, onun azadlığı uğrunda ölmək belə azdır...

  Ərazi Özünümüdafiə taborunun müdafiə tapşırığı yerinə yetirən bölmələri arasında qoşun qruplaşması keçrilərək əks-hücuma gedəcək üç bölüyə qədər canlı qüvvə  döyüş vəziyyətinə gətrilmişdi. Döyüş əmrinə əsasən Elxan qarşıya qoyulmuş

döyüş tapşırığının yerinə yetrilməsində əsas zərbə istiqamətində hərəkət edəcək 1-ci bölüklə birgə döyüşə qatılırdı. O, Üryandağ yüksəkliyinə çatanda 1-ci bölük komandiri onu qarşıladı.

 -  Cənab kapitan 1-ci bölük, əks-hücum döyüşünə düzülmüşdür.  Bölük komandiri baş çavuş Abbasov !..

 - Elxan : salam, Vətənin qəhrəmanları !

-  Əsgərlər : salam !

 - Elxan : döyşünüz uğurlu olsun !

 - Əsgərlər : uğur olsun, uğur olsun, uğur olsun !

  - Elxan : azad !

Bu zaman növbətçi Elxana yaxınlaşır : cənab kapitan, tabor komandiri sizi komanda idarəetmə məntəqəsində gözləyir. O, dərhal komanda idarəetmə məntəqəsində tabor komandiri kapitan Mobil Yusifova yaxınlaşaraq məruzə edir : cənab kapitan, kapitan Yusifov əmrinizlə gəlmişdir !..

 Tabor komandiri bölmə komandirləri və  xidmət rəislərinə ilə döyüş əmri üzrə bir daha dəqiqləşdirmə aparırdı.

 - Tabor komandiri : cənab zabitlər, bu gün ki, əks-hücum əmrilə əlaqədar bir daha dəqiqləşmə aparırıq. Belə ki, indicə mərkəzdən verilən məlumata görə bu döyüşdə bizim sağ və sol qonşular döyüşə qatılmayacaq. Bu səbəbdən bu bizim bölmələr üçün təhlükələr və çətinliklər yaradacaq. Odur ki, döyüş əmri üzrə hərəkət edən hər bir vəzifəli şəxs öz məsuliyyətinin nə dərəcədə çətin olduğunu yəqin ki, hiss edir. Ancaq onu da nəzərinizə çatdırıram ki, bizim ərazilərin müdafiə xəttinin döyüş düzlüşünə görə cənub qərbində müdafiə olunan Cəbrayıl alayı bir tabora qədər qüvvə ilə SUR yaşayış məntəqəsi, onun sağ qonşusu Füzuli ərazi Özünümüdafiə taboru isə üç bölüyə qədər qüvvə illə MƏLİKCAN yaşayış məntəqəsi  istiqamətində, bizim taborla eyni vaxtda saat 5.45 radələrində əks-hücum keçəcəklər. Tərəfimizdən aparılacaq əks-hücum döyüşünün əsas məqsədi, bizim qoşunların AĞDƏRƏ istiqamətində həyata keçirəcəyi geniş miqyaslı döyüş əməliyyatının uğurlu alınması məqsədilə düşmən qüvvələrinin müəyyən hissəsini bizim istiqamətlərə cəlb edərək onu zəiflətməkdir. Cənab zabitlər, yəqin ki, dünən və bu gün döyüş əmri üzrə verilmiş tapşırıqlar hamı üçün aydındır....

  Döyüş cəbhəsinin cənub qərbində SUR yaşayış məntəqəsi istiqamətində Cəbrayıl alayının qoşun qruplaşması cəmləşmə rayonundan hərəkətə başlayaraq həmlə xətinə doğru inamla irəlilləyirdi. Artilleriya qurğuları və tanklar düşmənin müdafiə mövqelərini ardıcıl olaraq atəş basqınları ilə tam susdurmuşdu. Düşmən müdafiə

mövqelərində başını qaldıra bilmirdi.

 Alay komandiri Nazim Yusifov radioqəbuledici vasitəsilə döyüş tapşırıqlarını əmrində olanlara çatdırır : Araz, Araz mən mərkəzəm, mən mərkəzəm, 666, 666...

- Araz ( hərbi hissə komandirinin müavini kapitan Rufulla Babayev )  : mərkəz mən Arazam, mən Arazam. Oldu 666, 666...

 - Araz : hamıya, hamıya 695, 695...

Döyüş əmri üzrə hərəkətdə olan bölmələrin   inamlı hücumunu görən düşmən vahiməyə düşərək qorxub geri çəkilirdi....

Ardı var....

Polkovnik Mirqiyas Seyidsoylu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью