Ederson Atalantanı hansı Avropa nəhənginə dəyişəcək?

22.11.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

İtaliyanın "Atalanta" klubunun yarımmüdafiəçisi Ederson bu qış iş yerini dəyişməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.

Xəbərə görə, 25 yaşlı braziliyalını heyətə qatmaq üçün "Mançester Siti", PSJ və "Yuventus" mübarizə aparırlar.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə Ederson bu mövsüm bütün turnirlərdə 17 oyunda meydana çıxıb, 1 qol və məhsuldar ötürmə ilə yadda qalıb. "Sambaçı"nın Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью