Ederson Mançester Yunayted ə transferini təsdiqləyib

21.06.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Atalanta"nın yarımmüdafiəçisi Ederson "Mançester Yunayted"ə transferinin demək olar ki, başa çatdığını açıqlayıb. Sport24.az xəbər verir ki, futbolçu bu barədə "Sky Sports"-a danışıb: 

"Bir az gözləməliyik. Hazırda sadəcə bu andan həzz alıram. Əlbəttə ki, transfer demək olar ki, başa çatıb. Bu, gözəl bir təcrübədir".

"Mançester Yunayted"in bu transfer üçün 45 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, yarımmüdafiəçi son anda zədəli Ueslinin yerinə Braziliya millisinin heyətinə cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью