Ederson qış fasiləsində Atalantanı tərk edə bilər

22.11.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliyanın "Atalanta" klubunun yarımmüdafiəçisi Ederson qış "transfer pəncərəsi"ndə komandanı tərk edə bilər.

"Report"un "Calciomercato"ya istinadən məlumatına görə, "Mançester Siti" 25 yaşlı braziliyalı futbolçu üçün PSJ (Fransa) və "Yuventus" (İtaliya) ilə mübarizəyə qoşulub.

Futbolçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Ederson bu mövsüm bütün turnirlərdə 17 oyunda meydana çıxıb, 1 qol və məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью