Edersondan unikal göstərici

26.01.2025

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mançester Siti”nin qapıçısı Ederson İngiltərə çempionatının XXIII turunda “Çelsi” ilə matçda məhsuldar ötürməyə imza atıb.

Futbolpress.az xəbər verir ki, braziliyalı qolkiper görüşün 68-ci dəqiqəsində Erlinq Halandın “şəhərlilər”i önə keçirdiyi qolun ötürməsini edib. Qapıçı indiyə qədər Premyer Liqada 5 məhsuldar ötürmə edib ki, bu da keçmiş “Tottenhem” qolkiperi Pol Robinsonla birlikdə turnir tarixində qapıçılar arasında ən yaxşı göstəricidir.

“Mançester Siti” – “Çelsi” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью