Edersonun iki müştərisi var Hansı Avropa nəhəngini seçəcək?

01.05.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya təmsilçisi "Atalanta"nın yarımmüdafiəçisi Ederson cari mövsümün sonunda iş yerini dəyişə bilər.

Fanat.Az “Tuttosport”a istinadən xəbər verir ki, braziliyalı oyunçunun xidmətində "Mançester Yunayted" və "Yuventus" maraqlıdır.

25 yaşlı cənubi amerikalının bu klublardan hansına keçəcəyi dəqiqləşməsə də, onun hazırda maddi cəhətdən daha sərfəli olan iki variant arasında seçim etməyə çalışdığı bildirilib.

Qeyd edək ki, Ederson cari mövsüm 45 matçda meydana çıxaraq 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı onun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью