Edersonun yerinə iki namizəd

09.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Real”ın futbolçusu Andrey Lunin karyerasını “Mançester Siti”də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, İngiltərə klubu ukraynalı qolkiperin xidmətində maraqlıdır. Bu barədə “Bernabeu Digital” nəşri məlumat yayıb.

“Mançester Siti”nin əsas qapıçısı Ederson adı Səudiyyə Ərəbistanı klubları ilə hallanır və onun klubdan ayrılmaq ehtimalı böyükdür. “Şəhərlilər” braziliyalının əvəzinə Lunini heyətə cəlb etmək istəyir.

Bu mövqeyə digər namizəd isə Portuqaliya yığmasının və “Portu”nun qapıçısı Dioqu Koştadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью