Edi Rama canlı yayımda özündən çıxdı Mən beləyəm, ehtiraslı biriyəm

11.02.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Albaniyanın baş naziri Edi Rama canlı yayımda texniki problemlər yaşadıqdan sonra sinirlərinə hakim ola bilməyərək söyüş söyüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, söyüş söyəndən sonra yayımı bağlayan baş nazirin bu hərəkəti sosial şəbəkədə paylaşılıb və müzakirələrə səbəb olub.

Daha sonra paylaşdığı başqa bir videoda Rama əsəbinin səbəbini belə izah edib:

"Mən beləyəm, ehtiraslı biriyəm. İşlər yaxşı getməyəndə məndə də partlayışlar olur. Burada məsələ telefona qəzəblənmək deyil. Məsələ Albaniya, ədalət, demokratiya və Avropaya olan ehtirasdır", - Rama deyib.

Mikayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью