Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bosniya və Herseqovina milli komandasının tarixinin ən sərrast oyunçusu, hücumçu Edin Ceko oktyabr ayında yığmadakı karyerasına yekun vuracaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə məşhur forvard sosial şəbəkə hesabında məlumat verib.
"Bəzən bu anın nə vaxt gələcəyini düşünürdüm, lakin bu sətirləri yazmağın mənim üçün bu qədər emosional olacağını heç təsəvvür edə bilməzdim. Oktyabrın 2-də İsveç yığmasına qarşı keçiriləcək UEFA Millətlər Liqası matçında mən milli komandamız üçün növbəti və sonuncu oyunuma çıxacağam. Karyeram ərzində heç nə bu formanı hər dəfə geyinəndə keçirdiyim qürur hissi ilə müqayisə oluna bilməzdi. İndi isə hiss edirəm ki, yerimi başqalarına vermək vaxtı çatıb", - deyə Ceko bildirib.
Qeyd edək ki, 40 yaşlı futbolçu Bosniya və Herseqovina yığmasında debütünü 2007-ci ildə Türkiyə komandasına qarşı keçirilən matçda (3:2) edib və elə həmin görüşdə yığmadakı ilk qoluna imza atıb. Ümumilikdə, Ceko millinin heyətində 151 oyun keçirib və 73 qol vurub ki, hər iki göstərici üzrə o, yığmanın mütləq rekordçusudur.
2026-cı ilin yanvarından etibarən Ceko Almaniyanın "Şalke" klubunda çıxış edir. Buna qədər o, İtaliyanın "Roma", "İnter", "Fiorentina", İngiltərənin "Mançester Siti", Almaniyanın "Volfsburq", həmçinin Türkiyənin "Fənərbağça" komandalarının şərəfini qoruyub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin