Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyanın İkinci liqsında çıxış edən məşhur "Şalke 04" klubu İtaliyanın "Fiorentina" komandasının dünyaca məşuhr hücumçusu, bosniyalı Edin Dzekonu heyətinə qatıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub "xoş gəldin" açıqlaması yayıb.
Bildirilib ki, 39 yaşlı futbolçu ilə 2025-26 mövsümünün qalan 16 oyunu üçün müqavilə imzalanıb.
Xatırladaq ki, qolçu "Fiorentina"dan əvvəl "Volfsburq", "Mançester Siti", "Roma", "İnter"də, 2023-2025-ci illərdə "Fənərbaxça"da top qovub.
Təcrübəli hücumçu bu mövsüm "Fiorentina"da 18 oyuna cəmi 2 qol vurub.
Fərid ASLAN
MİA.AZ