Edin Visça daha 2 il “Trabzon”da

23.01.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Türkiyə Super Liqası komandalarından “Trabzonspor” Edin Visçayla müqaviləsini uzadıb.

Apasport.az xəbər verir ki, klub 34 yaşlı futbolçu ilə 1+1 illik yeni razılaşma əldə edib.

Bu barədə Qara dəniz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Vinger yeni müqaviləyə əsasən illik 1,5 milyon avro gəlir əldə edəcək.

Xatırladaq ki, Visça “Trabzonspor”a 2022-ci ildə “Başakşəhər”dən 4,3 milyon avroya transfer edilmişdi.
Qeyd edək ki, Bosniya millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində çıxış etdiyi 20 rəsmi qarşılaşmada 4 qol, 7 assistlə yadda qalıb.

Premyer Liqanı İtaliya A Seriyasına dəyişdi "Fənərbaxça"nın futbolçusu 2 həftə forma geyinə bilməyəcək "Real Madrid" yeni rekord qırıb Dieqo Karlos rəsmən "Fənərbaxça"da Omar Marmuş "Mançester Siti"də - RƏSMİ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью