Edinburq Universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub

18.01.2025

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Şotlandiyanın Edinburq Universitetində fəaliyyət göstərən müxtəlif cəmiyyətlərin iştirakı ilə ənənəvi mədəniyyət sərgisi təşkil olunub. Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi verib. 

Edinburq Universitetindəki Azərbaycan Tələbə Cəmiyyəti sərgidə ölkəmizin tarixi, mədəniyyəti və mətbəxi haqqında nəşrlərin, suvenirlərin nümayiş etdirildiyi guşə yaradıb. Azərbaycan guşəsinə 100-dən çox tələbə yaxınlaşıb və onlara ölkəmiz haqqında ətraflı məlumat verilib.

Azərbaycan Tələbə Cəmiyyəti 2024-cü ildə təsis olunub. Cəmiyyət qısa müddət ərzində Azərbaycanın tanıdılması məqsədilə bir sıra uğurlu tədbirlər təşkil edib.

P.ƏMİRCANOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью