Edinburqda məscid yaxınlığındakı insanlara hücum edilib

20.06.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Şotlandiyanın paytaxtı Edinburqda məscid yaxınlığında bir nəfərin baltalı hücumu nəticəsində beş nəfər yaralanıb.

"Ölkə.az" BBC-yə istinadla xəbər verir ki, hücum edən şəxs saxlanılıb.

Hücum 19 iyun axşamı Edinburqun qərbindəki Broomhouse məscidinin yaxınlığındakı parkda baş verib. Hücum edən şəxs daha sonra yanacaqdoldurma məntəqəsində vandalizm edib, avtomobillərin şüşələrini sındırıb.

Zərərçəkənlərin həyatı təhlükəsi yoxdur. Onlardan ikisinin 22, digərlərinin isə 24, 27 və 39 yaşı var. 

Elvin

Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью