Ədliyyə Akademiyasında müsabiqə elan olunub

10.06.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 iyun, AZƏRTAC

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumta görə, müsabiqə aşağıdakı vəzifələri əhatə edir:

№

Kafedranın adı

Vəzifənin adı

(ştat vahidi ilə)

1

Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrası

baş müəllim - 0,5 ştat

2

Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrası

baş müəllim - 0,5 ştat

3

Ədliyyə sahəsində idarəetmə kafedrası

baş müəllim - 0,5 ştat

4

Cinayət və cəza-icra hüququ, kriminologiya kafedrası

müəllim - 1 ştat

5

Mülki hüquq və mülki proses kafedrası

professor - 1 ştat

Namizədlər müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri rektorun adına yazılmış ərizə ilə birlikdə iyunun 10-dan iyulun 10-dək iş günləri və iş vaxtı ərzində Ədliyyə Akademiyasına (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158) təqdim edə bilərlər.

Namizədlər ətraflı məlumat almaq üçün (994 12) 493 71 31 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью