Ədliyyə işçiləri üçün yeni xüsusi geyim formaları ALINACAQ

30.01.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Ədliyyə Nazirliyi tabeliyində çalışan əməkdaşlar üçün xüsusi geyim formaları alınacaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, layihənin ümumi ehtimal olunan dəyəri 599 min 623 manat təşkil edir.

Satınalma çərçivəsində müxtəlif kateqoriyalara aid ədliyyə işçiləri üçün geyim dəstlərinin alınması nəzərdə tutulur.

Bu geyim formaları ədliyyə işçilərinin xidməti fəaliyyət zamanı vahid və rəsmi görünüşünü təmin etmək, həmçinin rahatlıq və keyfiyyət standartlarını qorumaq məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью