Ədliyyə işçilərinin könüllü qanvermə aksiyası keçirilir

08.08.2025

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi “Respublika Qan Bankı”nın birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədilə 5-8 avqust tarixlərində ədliyyə işçilərinin qanvermə aksiyası keçirilir.

Nazirlikdən XQ-yə verilən məlumata görə, qanvermə 8 avqust tarixində Nazirliyin aparatında davam etdirilib və aparatın əməkdaşları könüllü donorluq edərək qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə töhfə veriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью