Ədliyyə naziri Ağdamda vətəndaşların müraciətini dinləyib AZƏRTAC

07.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 7 dekabr, AZƏRTAC

Ədliyyə naziri Fərid Əhmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşların müraciətini dinləyib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir Ümummilli Lider Heydər Əliyevin rayondakı abidəsini ziyarət edib və önünə gül dəstəsi düzüb.

Qəbulda Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Laçın rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью