Ədliyyə Nazirliyi yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib

28.04.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ədliyyə Nazirliyi yanında İctimai şuranın yeni tərkibdə ilk iclası baş tutub.

Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda İctimai şuranın fəaliyyət istiqamətləri müzakirə edilib, şuraya sədrin, sədr müavinin və katibin seçilməsi ilə bağlı səsvermə keçirilib.

Çingiz Qənizadə İctimai şuranın sədri, Əmir Əliyev sədin müavini, Mətanət Əsgərova isə şuranın katibi seçilib.

İclas çərçivəsində İctimai şuranın iş planının müzakirəsi aparılıb, şura üzvləri tərəfindən təşkilati məsələlərlə bağlı rəy və təkliflər səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью