Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətində vakant kiçik rəis heyəti (xüsusi rütbəli) vəzifələri üzrə yanvar ayının 23-dən 30-dək açıq müsabiqə keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vakant vəzifələr Ədliyyə Nazirliyinin penitensiar müəssisələrindədir.
Bu vəzifələrə ən azı tam orta təhsilli, həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan, fiziki hazırlığına və sağlamlıq vəziyyətinə görə qulluğa yararlı olan, eləcə də ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin digər tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları qulluğa qəbul oluna bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsini Ədliyyə Nazirliyinin rəsmi veb-saytında "Penitensiar xidmətə qulluğa qəbul" bölməsindən əldə edə bilərlər.