Ədliyyə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

04.12.2024

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib.

Bu barədə Moderator.az-a Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bununla bağlı ədliyyə naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Ceyhun Tağıyev gətirilib.

Qeyd edək ki, Ceyhun Tağıyev əmək fəaliyyətinə 2003-cü ildə daxili işlər orqanlarında başlayıb, 2024-cü ilin iyun ayınadək müxtəlif vəzifələrdə çalışıb. "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının hər 3 dərəcəsi ilə təltif edilib.

2024-cü ilin iyun ayında ədliyyə orqanlarına qulluğa qəbul olunaraq Strateji planlaşdırma və monitorinq baş idarəsinin Daxili nəzarət və araşdırmalar idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Həmçinin, 2024-cü ilin sentyabr ayından bu təyinatadək Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinin icrası ona müvəqqəti həvalə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью