Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qarabağ qazisinin tələbkar olduğu 10 işin 9-u sistemdən silinib, inzibati məhkəmə qərarlarınınsa ƏN-ə aidliyi yox(muş) Ədliyyə Nazirliyinin icra şöbələrinin dövlətin adından çıxarılan məhkəmə qərarlarını borclu dövlət orqanlarının, vəzifəli şəxslərin sifarişi ilə icra etməməsi bu günün söhbəti deyil, illərdir sürən özbaşınalıqdır.
Özü də icra xidməti məhkəmə (hakimləri) ilə elə qeyri-prosessual münasibətə girir ki, hətta tələbkar borclu çıxarılır, icraya mane olmaqda suçlanır, hətta işgəncəyə uğradılır, həbs edilir.
(?) Tələbkar həm “hörmətli”- rüşvətli, həm də “arxalı” olanda isə vay borclu şəxsin halına!
Uzağa getməyək, elə bu günlərdə tanınmış jurnalist, baş redaktor Vüqar Tofiqoğlunun özünə xəbər vermədən daşınar əmlakına- avtomobilinə həbs qoyulması məhkəmə-icra xidməti tandeminin qərəzli özbaşınalığına sübutdur.
Bəyəm borclu icradan yayınır, başqa daşınar əmlakından-əmək haqqından, gəlirlərindən aylıq tutmadan imtina edir?
Hakimlərin öz xeyirlərinə (?-bəyəm hakimlər baxdıqları işdə tərəf olurlar ki, öz başının xeyrinə akt çıxarsınlar?! -M.
B) çıxardıqları qərarlar üzrə icra sənədləri isə elə gecə ilə konkret ad-soyadlı icra məmuruna ünvanlanır, gecə yarısı da icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir.