Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 761 min manatlıq istilik sistemləri çəkdirib

23.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 761 min manatlıq istilik sistemləri çəkdirib.

Teleqraf.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, məsələ ilə bağlı tenderin ehtimal olunan qiyməti 761.437,48 manat olub.

Müsabiqənin qalibi "EUROSERVİSE" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Qeyd edək ki, "EUROSERVİSE” MMC 2015-ci ildə dövlət qeydiyyatından keçib. Şirkət qaz xətlərinin layihələndirilməsi və çəkilişi, təmir, tikinti, istilik sistemlərinin quraşdırılması və bina daxili elektrik işlərin görülməsi ilə məşğul olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью