Ədliyyə orqanlarına işə qəbul imtahanı keçiriləcək | Icma.az
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət İmtahan Mərkəzi (DİM) 1 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçirəcək.
Gununsesi.info xəbər verir ki, imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50.
TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda 185 nəfərin iştirakı nəzərdə tutulur.
İmtahan saat 10:00-da başlanır və 3 saat davam edəcək. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda
Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə bilərlər.
İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
Tam oxu
Xəbəri oxu