Ədliyyə orqanlarında gözlənilən yeniliklər Komitə sədrindən AÇIQLAMA | Icma.az
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü plenar iclasında “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə layihəni təqdim edib.
Modern.az-ın məlumatına görə, o bildirib ki, bu layihələr kifayət qədər əhəmiyyətlidir və ədliyyə orqanlarında həyata keçirilən islahatların yeni mərhələsi ilə bağlıdır.
Əli Hüseynli qeyd edib ki, məsələ komitə iclasında çox geniş müzakirə olunub: "Mövcud problemlər açıq şəkildə müzakirə edilib və onların həlli yolları barədə düşünülüb.
Onu qeyd etmək istəyirəm ki, hazırda icra xidmətinin səmərəli və məhsuldar fəaliyyətinin nəticəsində faktiki olaraq son dövrlər məhkəmə qərarlarının əhəmiyyətli hissəsi tam və manesiz icra edilib.
2024-cü ilin statistikasını götürsək, icra olunmuş işlər son 5 ilin ən yaxşı göstəricisidir.
Faktiki olaraq ötən il 270 minə yaxın iş icra olunub. Əlbəttə, çox müsbət tendensiyadır.
Bir neçə sahədə islahatların sürətlənməsi buna səbəb olub. İlk olaraq elektron informasiya sistemi daha da yeniləşdirilib.
Tam oxu
Xəbəri oxu