Icma.az, Modern.az portalına istinadən məlumat verir. “Zaman-zaman parlamentdə də məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər səsləndiri
Həqiqətən də icra olnmuş məhkəmə qərarlarının sayı kifayət qədərdir, 1 milyondan artıqdır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki Prosessual Məcəllədə və “İcra haqqında” Qanununda dəyişiklik edilməsi barədə sənədin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ədliyyə orqanlarında davam edən islahatlar xüsusən də məhkəmə qərarlarının icrası ilə bağlı öz töhfəsini verməkdədir: “Bildirmək istəyirəm ki, 2024-cü ildə icraya yönələn işlərin sayı rekord həddə çatmışdı, 380 mindən çox idi.
Görülmüş tədbirlər və xidmətin səmərəli həyata keçirilməsi nəticəsində 2024-cü ildə son 5 ilin ən yüksək nəticəsi əldə olunmuş və təxminən 260 mindən çox iş icra olunmuşdur.
Buna nail olmağın əsas səbəbi də ilk növbədə elektron və mütərəqqi üsullardan istifadə olunmasıdır”.
O xatırladıb ki, hazırda elektron icra portalı fəaliyyət göstərir: “Eyni zamanda elektron hərrac portalı da artıq istifadəyə verilib.
Əgər əvvəllər borclu tərəflər arasında narazılıq qalırdısa, indi elektron hərrac imkan verir ki, borclu və tələbkar razı qalsın.