Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ədliyyə və Daxili İşlər nazirlikləri birgə əməliyyat keçirib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Ədliyyə Nazirliyi Penitensiar xidməti əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bərdə rayonunun Yeni Həyat kəndindən Çəmənli kəndi istiqamətinə gedən yolun üzərindəki körpünün yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 30 ədəd güllə aşkar edilərək götürülüb.
Bu barədə Ədliyyə Nazirliyinin mətbaut xidmətindən məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır.
Oxuməni.az