Edqar Adilxanov minifutbol oynayır?

28.06.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Şamaxı”nın futbolçusu Edqar Adilxanov ötən günlərdə 20 yaşını tamamladı. Futbolçu doğum günündə “instaqram” hesabında minifutbol oyunundan hekayə paylaşaraq “birthday party” yazıb.

Belədə futbolçunun zədə almaq ehtimalı isə çox yüksəkdi. “Football-plus.az” “Şamaxı”nın mətbuat katibi Yusif Hüseynovdan futbolçuya belə sərbəstliyin verilib-verilmədiyini soruşub:

“Futbolçularımız hazırda istirahətdədi. İyulun 5-də yığışacağıq. Şəkildəki və rəqib futbolçuların hamısının peşəkar müqaviləsi var. Uşaqlar özlərini formada saxlamaq üçün məşq keçiblər. Orda əsasən məşq ediblər”.


MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью