Eduard Akopyan: Türkiyə ilə sərhədləri açmağa hazırıq

22.05.2025

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

“Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsinin açılmasından xəbərim yoxdur, amma biz buna hazırıq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Biz hazırıq. İstər infrastrukturumuz, istər gömrük xidmətimiz, istərsə də sərhəd keçidlərinə xidmət etməli olan müvafiq avadanlıqlar hazırdır, amma hazırda konkret plan yoxdur”, - komitə rəhbəri bildirib.

Eduard Akopyan hələlik məsələnin siyasi baxımdan həlli tapmadığını qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью