Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
“ƏDV geri al” mexanizminin əhatə dairəsi genişləndirilir.
Belə ki, sadələşdirilmiş və gəlir/mənfəət vergisi ödəyiciləri (ƏDV qeydiyyatında olan vergi ödəyiciləri istisna olmaqla) tərəfindən fiziki şəxs olan istehlakçılara Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki əsasında Vergi Məcəlləsinin 165.5-ci maddəsində nəzərdə tutulmuş ƏDV gerial tətbiq edilən eyni fəaliyyət sahələri üzrə təqdim edilən mallar (işlər, xidmətlər) üçün yalnız nağdsız əməliyyatın dəyərinin 0,9 faizinin fiziki şəxs olan istehlakçılara geri qaytarılması mexanizminin tətbiqi (bu mexanizm vergidən azad edilən malların (işlərin, xidmətlərin) təqdim edilməsinə şamil edilmir) təklif olunur.
Bu dəyişiklik hansı yeniliklərə səbəb olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyib ki,burada söhbət ƏDV ödəyicisi olmayan sahibkarlara ödənilən vəsaitdən gedir:
“Yəni biz bilirik ki, illik dövriyyəsi 200 min manatdan artıq olan ticarət məntəqələri ƏDV ödəyicisidir. Bu ticarət şəbəkələri 18 faiz ƏDV ödəyir. Amma illik dövriyyəsi 200 min manatdan az olan ticarət obyektlərinə ƏDV tətbiq olunmur. Yeni qaydalara görə, belə ticarət obyektləri ödədikləri verginin 0,9 faizi geri qaytarılacaq.
Bununla da hökumət həm nağdsız ödənişləri stimullaşdırmaq istəyir, həm də həmin obyektlərin vergidən yayınmasının qarşısını almağı hədəfləyir.
Bu vaxtadək biz heç də hər ticarət obyektindən ƏDV çeki tələb etmirdik. Çünki bəzi obyektlər nağd alış-veriş edir və çek vermir. İndi hökumət hədəfləyir ki, insanlar nağdsız ödənişə daha çox maraqlı olsunlar və alış-veriş etdikləri ticarət obyektindən çek tələb etsinlər. Beləcə, ƏDV-nin həcmində heç nə dəyişmir. Sadəcə “ƏDV geri al” layihəsinin tətbiq coğrafiyası genişləndirilir”.
Surxay Atakişiyev, Bizim.Media