ƏDV geri al qaydası dəyişir İndiyədək olmayan imkan yaradılır

05.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“ƏDV geri al” mexanizmi bütün konsert növlərini əhatə edəcək.

"Yeni Sabah"  APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “ƏDV geri al” mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Marqarita pizza

Qeyd edilib ki, “ƏDV geri al” mexanizminin tətbiqinin yalnız simfonik orkestr konsertləri ilə məhdudlaşdırılması digər musiqi və konsert növlərinə təşviqi azaldır və sənət sektorunda bərabərsizlik yaradır. Mexanizmin bütün konsert növlərinə şamil olunması sənət və mədəniyyət tədbirlərinin inkişafını stimullaşdıracaq, geniş auditoriyanın mədəniyyətə çıxış imkanlarını artıracaq və vergi güzəştlərinin ədalətli və vahid şəkildə tətbiqini təmin edəcək.

Bu yanaşma həm mədəniyyət sahəsində təşviqi gücləndirəcək, həm şəffaflığı təmin edəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью