Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin 4 komitəsinin bu gün keçirilən birgə iclasında “Azərbaycanın 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Milli Məclisə təqdim olunan Vergi Məcəlləsinə dəyişikliklər layihəsi ixrac edən və şəffaf fəaliyyət göstərən sahibkarı dəstəkləməyə yönəlib:
“Yerli istehsaldan, xidmət ixracından və turizmdə əcnəbilərə göstərilən xidmətlərdən əldə olunan gəlirlər üzrə güzəştlər, mikro statusdan böyüyən subyektlər üçün təşviqlər, nağdsız əməliyyatlar üzrə ƏDV-nin qaytarılması mexanizminin genişləndirilməsi nəzərdə tutulur”.
Mürtəza