ƏDV ödəyicilərinin sayı artıb

11.08.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 faiz artaraq 888 min 320, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,8 faiz artaraq 61 min 805 təşkil edib.

Dövlət Vergi Xidmətindən Modern.az-a bildirilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,5 faiz artıb və 243 min 263 olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью