Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı il oktyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,8% artaraq 900 min 967-yə çatıb. Eyni dövrdə aktiv əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı isə 6,9% artaraq 62 min 414 olub.
Marja.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, cari ilin ilk 9 ayında ölkədə aktiv vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb.
Məlumata görə, 2026-cı il oktyabrın 1-nə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı ilin əvvəli ilə müqayisədə 6,2% artaraq 247 min 206-ya çatıb.
Beləliklə, ilin əvvəlindən aktiv ƏDV ödəyicilərinin sayı ümumi aktiv vergi ödəyicilərinin sayından daha yüksək templə artıb.