Ədviyyatlı qidaların zərərləri Dietoloqdan XƏBƏRDARLIQ

26.01.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Həkim-dietoloq Mariyat Muxina acı, ədviyyatlı qidaların sağlamlıq üçün gözlənilməz risklər yarada biləcəyini bildirib. Onun sözlərinə görə, hazırda tibb yalnız açıq deyil, həm də gizli şəkildə özünü göstərən acı qida dözümsüzlüyünü müəyyən etməyə imkan verir.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Muxina qeyd edib ki, acı qidalara açıq dözümsüzlük allergik reaksiyalar, dəri səpkiləri, selikli qişaların qıcıqlanması, qastrit, hemoroidal damarların iltihabı kimi əlamətlərlə özünü göstərir. Bununla yanaşı, acı yeməklərə həddindən artıq maraq bəzi hallarda qanaxmalara da səbəb ola bilər.

Dietoloqun sözlərinə görə, acı məhsullara qarşı gizli dözümsüzlük də mövcuddur. Bu zaman orqanizmdə immunoqlobulin G sintez olunur və bu, dayaq-hərəkət sistemi patologiyası sayılan adgeziv kapsulit kimi problemlərə gətirib çıxara bilər.

Muxina xüsusilə vurğulayıb ki, acı qidaların ən təhlükəli tərəfi immun sistemini viruslara və digər xəstəliklərə qarşı mübarizədən yayındıra bilməsidir. Onun fikrincə, ideal halda insan orqanizmin hansı ədviyyatlara, xardaldan müxtəlif növ bibərlərə qədər dözümlü olduğunu müəyyən etmək üçün xüsusi analizlərdən keçməlidir.

Dietoloq bildirib ki, hazırda bu cür analizləri təkcə allerqoloqlar deyil, həm də immunoloqlar, terapevtlər və hətta onkoloqlar təyin edirlər. Məqsəd isə müəyyən qida məhsullarının immun sisteminə yaratdığı əlavə yükü azaltmaqdır.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью