ƏDVni geri almaq üçün hansı prosedurlar edilir? CAVAB

10.01.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu ƏDV-nin geri alınması ilə bağlıdır. 

ƏDV-nin bir hissəsini geri almaq üçün konkret hansı prosedurları yerinə yetirməliyəm?

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər bank tətbiqləri vasitəsilə də çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью