ƏƏSMN 2019 2024 cü illərdə büdcəyə qaytarılan vəsaitin həcmini açıqlanıb

03.02.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 fevral, AZƏRTAC

Son 6 ildə əhaliyə ödənişlər 3,1 milyard manat (2024-cü ilin operativ məlumatları ilə 2018-ci ilin faktiki məlumatlarının müqayisəsi) artıb, əlavə olaraq 2019-2024-cü illərdə büdcəyə ümumilikdə 1,6 milyard manat vəsait qaytarılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 2024-cü ilin yekunlarına dair hazırladığı hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, dövlət büdcəsindən transfertin Dövlət Sosial Müdafiə Fondunun gəlirlərindəki payı 38%-dən (01.01.2018-ci il tarixinə) 18%-ə (2024-cü ilin operativ büdcəsi üzrə) düşüb. Bölüşdürülməmiş vəsaitin işlənməsi mümkün olan hissəsi (1 milyard 277 milyon manat) tam şəkildə bölüşdürülüb. Fərdi uçotda qeydiyyata alınan sığortaolunanların sayı 5,2 milyon nəfər təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью