ƏƏSMN: Sosial islahatların uğurları bu il 100dən çox beynəlxalq mükafata layiq görülüb AZƏ…
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 20 dekabr, AZƏRTAC Son illər ölkəmizdə aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək qiymət alır.
Cari ildə həmin uğurlar beynəlxalq təşkilatlar tərəfindən 100-dən çox mükafata layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sosial islahatların sosial müdafiə sisteminin gücləndirilməsi ilə yanaşı, dövlət sosial xidmətlər sistemində innovativ həllərin, müasir texnologiyaların geniş tətbiqinə də imkan verdiyini bildirib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının sosial sahədə xidmətlərin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.
Son illər aparılan sosial islahatların uğurlarının, o cümlədən DOST modelinin, proaktiv xidmət mexanizmlərinin beynəlxalq qurumlar tərəfindən qabaqcıl təcrübələr kimi qəbul olunduğu, həmin təcrübələri tətbiq etməyə maraq göstərən ölkələrin sırasının getdikcə genişləndiyi qeyd edilib.
Sosial islahatlar nəticəsində əldə edilmiş uğurlu təcrübələrin beynəlxalq səviyyədə tanıdılması və ixracı işlərinin davam edəcəyi bildirilib.
Tam oxu
Xəbəri oxu