ƏƏSMNdə şübhəli əməliyyat: 14 maşına 581 min manat ödəniləcək

11.12.2024

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan Sosial Xidmətlər Agentliyi “Autouniversal” MMC-dən (VÖEN – 1305788991) 581 min manata 14 ədəd minik avtomobili alır.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin şərtlərinə görə minik avtomobilləri minimum 2023-cü il istehsalı olmalıdır.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi təxminən 10 gün əvvəl “Yenimotor” MMC-dən (VÖEN – 1400531391) 305 min manata 5 ədəd pikap tipli avtomobil alıb.

Bundan başqa, Agentlik 15 gün əvvəl “Toyota Absheron Merkezı” MMC-dən (VÖEN – 3103678821) 567 min manata 14 ədəd, bu ilin əvvəlində isə 589 min 50 manata 9 ədəd minik avtomobili alıb.

Məlumat üçün bildirək ki, “Autouniversal” MMC “Fiat”, “Yenimotor” MMC “Honda”, “Toyota Absheron Merkezı” MMC isə “Toyota” markalı avtomobillərin satışı ilə məşğul olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью