“EFES 2026” çoxmillətli təlimi davam edir

07.05.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 may, AZƏRTAC

Türkiyədə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli birgə müştərək təlimi uğurla davam edir.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, təlimin növbəti mərhələsinin planına uyğun olaraq Azərbaycan, Türkiyə, Albaniya, Niger, Nigeriya və Rumıniya nümayəndələri mağara, sığınacaq və tunellərdə axtarış, eləcə də dağçılıq hazırlığı üzrə məşqlər keçiblər.

Qeyd edək ki, real döyüş şəraitinə uyğunlaşdırılmış təlimdə hərbçilərimiz tapşırıqların icrası zamanı yüksək təcrübə nümayiş etdiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью