Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əlcəzair Futbol Federasiyası (ƏFF) Afrika Futbol Konfederasiyasına (AFK) şikayət edib. Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun 1/4 finalında Nigeriyaya uduzan (0:2) əlcəzairlilər nəticə ilə barışmayıblar.
"Football-plus.az" xəbər verir ki, qitə çempionatında ədalətsiz qərarlara yol verildiyini əsas göstərən ƏFF rəhbərliyi AFK-ya rəsmi etirazını bildirib. Məlumata görə, matçın hakimi İssa Si qərəzli idarəçilikdə ittiham edilib. Seneqallı referinin Əlcəzair yığmasının xeyrinə olan açıq penalti epizodunu nəzərə almadığı, həmçinin bir neçə vacib məqamda Nigeriya yığmasının lehinə qərar verdiyi bildirilib.
ƏFF-nin iradları bununla bitmir. Qeyd olunur ki, hakim final fitindən sonra əlcəzairli futbolçularla ünsiyyətdən qaçıb. Bu addım Əlcəzair tərəfi tərəfindən qeyri-peşəkar davranış kimi qiymətləndirilib. Bundan başqa, matçdan sonra Nigeriya yığmasının bəzi üzvlərinin Əlcəzair komandasına qarşı təxribat xarakterli hərəkətlər etdikləri də vurğulanıb.