Efiopiya Livanda olan 164 vətəndaşını geri çağırıb AZƏRTAC

14.01.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 yanvar, AZƏRTAC

Efiopiya Yaxın Şərq ölkəsindəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar Livanın paytaxtı Beyrutdan 164 vətəndaşını geri çağırıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Efiopiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, hökumət təhlükəsizlik problemi ilə üzləşən müxtəlif ölkələrdə olan vətəndaşlarını geri çağırır.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında Efiopiya hökuməti Livanda olan daha 51 vətəndaşını geri çağırmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью