Efiopiya ordusu Tiqrayın paytaxtını ələ keçirib VİDEO

04.10.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Efiopiya hökumət qüvvələri ölkənin şimalındakı Tiqray bölgəsinin paytaxtı Mekelleni ələ keçirib.

APA “Al Jazeera”ya istinadən xəbər verir ki, şəhər bir həftədən çox davam edən şiddətli döyüşlərdən sonra hökumət qüvvələrinin nəzarətinə keçib.

Tiqray Xalq Azadlıq Cəbhəsinin (TPLF) qüvvələri şəhərdən geri çəkilib.

Bundan əvvəl Efiopiya ordusu Mekelledəki əsas hava limanına nəzarəti bərpa edib. Hava limanı sentyabrın 23-də Tiqray qüvvələri tərəfindən ələ keçirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью