Efiopiya Prezidenti iqlim sammitində iştirak üçün Azərbaycana səfər edib

11.11.2024

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью