Efiopiyada 10 milyondan çox insan ciddi qida çatışmazlığı yaşayır BMT

22.04.2025

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMT-nin Dünya Ərzaq Proqramının (WFP) Efiopiya üzrə direktoru Zlatan Milisic, ölkədə münaqişə, iqlim böhranı, iqtisadi qeyri-sabitlik və məcburi köçkünlük səbəbilə 10 milyondan çox insanın ciddi ərzaq çatışmazlığı ilə üzləşdiyini bildirib.

Redaktor.az xəbər verir ki, Cenevrədəki BMT ofisinin mətbuat konfransına onlayn qatılan Milisic, Efiopiyanın sürətlə pisləşən humanitar vəziyyətlə qarşı-qarşıya olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu rəqəmə münaqişə və ekstremal hava şəraiti səbəbilə yerindən edilən 3 milyon insan da daxildir.

Kənan YUSİF 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью