Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

05.10.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 5 oktyabr, AZƏRTAC

Efiopiyanın Tiqray əyalətinin şimal-qərbində həyata keçirilən hava zərbələri nəticəsində azı 17 nəfər həlak olub.

AZƏRTAC “Reuters” agentliyinə istinadən xəbər verir ki, humanitar təşkilatlar arasında yayılan məlumata əsasən, bazar ertəsinə keçən gecə Adva şəhərinə endirilən zərbələr nəticəsində azı 9 nəfər, Şeraro şəhərində isə 8 nəfər həyatını itirib.

Məlumatda hava zərbələrinin hansı tərəf tərəfindən həyata keçirildiyi qeyd olunmayıb. “Reuters” isə bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.

Bazar ertəsi səhər saatlarında Efiopiya hökumət qüvvələri ilə Tiqray Xalq Azadlıq Cəbhəsinin (TXAC) silahlı qüvvələri May-Tsebri şəhəri yaxınlığında, Təkəzə çayı ərazisində qarşılıqlı artilleriya atəşinə də başlayıblar.

Efiopiyanın Baş nazirinin ofisi, ölkənin silahlı qüvvələri və TXAC hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, sentyabrın 23-də Efiopiya hökumət qüvvələri ilə üsyançılar arasında yenidən başlayan toqquşmalar 2020-2022-ci illərdəki vətəndaş müharibəsinin başa çatmasından sonra bölgədə ən ciddi eskalasiya hesab olunur.

Ötən həftəsonu hökumət ordusu müttəfiq qüvvələrin dəstəyi ilə Tiqray əyalətinin inzibati mərkəzi olan Mekele şəhərinə nəzarəti ələ keçirib. TXAC qüvvələri şəhəri döyüşsüz tərk edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью