525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Efiopiyada ölümcül Marburq virusuna son qoyulub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Ebolaya bənzəyən virus insan orqanizminə düşəndə güclü baş ağrılarına, daha sonra hemirroya səbəb olur. Epidemiya dövründə virusa yoluxan hər 5 nəfərdən 4-ü 8-10 gün ərzində vəfat edib.
Qeyd edək ki, ötən il noyabrın 14-də aşkarlandıqdan sonra Marburq 14 nəfərin həyatına son qoyub.
L.Tağıyeva